Bu gün Serbiyanın Novi Sad şəhərində U23 dünya çempionatı start götürüb.
Offsideplus.az xəbər verir ki, yunan-Roma güləşi üzrə milli komandamızda 63 kq. çəki dərəcəsində Ziya Babaşov yaponiyalı Miruto Tokuhiqaya 7:1, iranlı Mohammad Navidə 3:1 hesabıyla, rusiyalı Dоrdji Şunqurtsikova (UWW) isə ilk xal prinsipinə əsasən (1:1) qalib gələrək yarımfinala yüksəlib. Ziya yarımfinalda türkiyəli Servet Angi ilə qarşılaşacaq.
Təsnifat mərhələsində Davud Məmmədov (77 kq.) macarıstanlı Levente Levaya 0:5 hesabı ilə, Laçın Vəliyev (87 kq.) isə iranlı Qulamreza Faruxisencaniyə 0:8 hesabı ilə məğlub olub.
130 kq.-da Ayxan Mərdanov çinli Şuanqyu Çenə "tuş"la qalib gələrək 1/4 finala yüksəlib. Ancaq bu mərhələdə rusiyalı Aleksandr Melexova (UWW) 0:9 hesabı ilə uduzub.
Qeyd edək ki, yarımfinallar Bakı vaxtı ilə 20:00-da başlayacaq.