AZ

İsrail raketi Almaniyanın ZDF filialına DÜŞDÜ – Ölənlər var

İsrail raketi Qəzzada ZDF filialına düşüb. Bir işçi və səkkiz yaşlı uşaq həlak olub.

İnterpress.az xəbər verir ki, bu barədə “Bild” məlumat yayıb.

İsrail ordusunun Qəzza zolağına endirdiyi növbəti hava zərbələri nəticəsində Almaniyanın ZDF telekanalının tərəfdaş şirkəti – “Palestine Media Production”un ofisi vurulub.

Nəticədə şirkətin 37 yaşlı mühəndisi və əməkdaşlardan birinin 8 yaşlı oğlu həlak olub, daha bir işçi isə yaralanıb.

Hadisə Deyr-əl-Bələh şəhərində baş verib.

ZDF-in məlumatına görə, raket hücumu şirkətin binasına ciddi ziyan vurub, bir neçə xidməti avtomobil, o cümlədən mobil televiziya stansiyası məhv edilib.

“Palestine Media Production” artıq onilliklərdir ZDF-in Təl-Əvivdəki studiyası ilə sıx əməkdaşlıq edir və çox vaxt “ZDF-in Qəzzadakı gözü” adlandırılırdı.

ZDF-in baş redaktoru Bettina Şausten hadisəni sərt tənqid edib:

“Jurnalistlər peşə borclarını yerinə yetirərkən hədəfə çevrilməməlidirlər. Dərin hüznlə qurbanların ailələrinə başsağlığı veririk.”

İsrail ordusu ZDF-in sorğusuna cavab olaraq bildirib ki, hadisə araşdırılacaq.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
40
1
interpress.az

2Mənbələr