Bu ilin ilk 9 ayı ərzində İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Biznesinin İnkişafı Fondunun güzəştli kreditlərindən 420 qadın sahibkar yararlanıb.
Trend bu barədə Sahibnkarlığın İnkişafı Fonduna istinadən xəbər verir.
Bildirilib ki, dövr ərzində sözügedən sahibkarların layihələrinə ümumilikdə 24 milyon manat güzəştli kredit verilib.