Bakıda keçiriləcək SOCGOV2026 çərçivəsində Azərbaycandan və digər ölkələrdən sosial layihələr qiymətləndiriləcək.
"Cebheinfo.az" xəbər verir ki, bunu DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov oktyabrın 20-də keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bununla da sosial sahədə ilk dəfə qiymətləndirilmə aparılacaq:
"Ümumiyyətlə, SOCGOV layihəsi beş il müddətini əhatə edir. SOCGOV2027 layihəsi isə türk dövlətlərinin zirvə toplantısı səviyyəsində baş tutacaq. Daha sonra sosial sahədə forum keçirməyi planlaşdırırıq".
"Cebheinfo.az"