AZ

Lavrov Rubio ilə telefonla danışdı

Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Marko Rubio arasında telefon danışığı olub.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Tərəflər Ukrayna münaqişəsi ilə bağlı müzakirələr aparıb.

Belə ki, onlar Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında oktyabrın 16-da keçirilmiş telefon söhbətində əldə olunan razılaşmaların reallaşdırılması istiqamətində mümkün addımları müzakirə ediblər.

Seçilən
86
2
publika.az

2Mənbələr