AZ

Tarixində ilk dəfə gənclər arasında dünya çempionu oldular

Çilidə keçirilən 20 yaşadək futbolçular arasında dünya çempionatı başa çatıb.

90deqiqe.Az-ın məlumatına görə, turnirin finalında Mərakeş və Argentina yığmaları üz-üzə gəliblər.

Gərgin mübarizə şəraitində keçən qarşılaşma Mərakeş millisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Afrika təmsilçisinin hər iki qoluna Yassir Zabiri imza atıb. Bu nəticə ilə Mərakeş futbol tarixində ilk dəfə gənclər arasında dünya çempionu olub.

Bürünc medallar uğrunda görüşdə isə Kolumbiya millisi Fransanı minimal hesabla məğlub edərək üçüncü yeri tutub.

Xatırladaq ki, ötən — 2023-cü ildə keçirilən mundialın qalibi Uruqvay millisi olmuşdu. Turnirin ən titullu komandası isə altıqat çempion Argentina sayılır.

Seçilən
59
90deqiqe.az

1Mənbələr