AZ

Sudanın cənubunda mədəndə 23 nəfər zəhərlənərək ölüb

Azertag saytına istinadən ain.az xəbər verir.

Qahirə, 20 oktyabr, AZƏRTAC

Sudanın qərbindəki Cənubi Kordofan əyalətində baş verən zəhərlənmə hadisəsi nəticəsində 23 nəfər həyatını itirib, 145 nəfər isə yaralanıb.

AZƏRTAC “əl-Arabiyyə” telekanalına istinadla xəbər verir ki, Təqula mədənində baş vermiş hadisənin dəqiq səbəbi müəyyənləşməsə də, ilkin versiyaya görə, zəhərlənməyə səbəb sianidli tullantılar və ya xlordur.

Təludi regionunun hakimiyyət orqanları hadisədən sonra şəhərə giriş-çıxışı dayandırıb, yaralılar xəstəxanaya yerləşdiriliblər.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
70
3
azertag.az

5Mənbələr