Rusiyanın Smolensk vilayəti Milli Konqresinin rəhbəri, iş adamı Faiq Əliyev rüşvət işi üzrə 4 il həbs və 8,465 milyon rubl cərimə olunub.
Publika.az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə prokurorluq bildirib.
Qeyd olunub ki, Smolensk şəhərinin Leninski Rayon Məhkəməsi Faiq Əliyevi Rusiya Cinayət Məcəlləsinin 291-ci maddəsinin 4-cü hissəsinin “b” bəndi üzrə təqsirli bilib. Maddəyə görə, o, vəzifəli şəxsə bilə-bilə qanunsuz hərəkətlərə və külli miqdarda qanunsuz hərəkətsizliyə görə rüşvət verib.
Məhkəmə açıqlamasında deyilib ki, Faiq Əliyev 2020-ci ilin martından 2024-cü ilin dekabrına qədər otel kompleksinin və ticarət mərkəzinin sahibi olaraq PJSC MRSK Central – Smolenskenergo-nun məmuruna 846 min rubl rüşvət verib.