Vaşinqton, 20 oktyabr, AZƏRTAC
ABŞ və Avstraliya nadir torpaq minerallarına dair saziş imzalayıblar.
AZƏRTAC-ın məlumatına görə, sazişə Ağ Evdə ABŞ Prezidenti Donald Tramp və Avstraliya Baş naziri Entoni Albanese imza atıblar.
Razılaşma Çinin nadir torpaq minerallarına ixrac nəzarəti tətbiq edəcəyini elan etdiyi vaxta təsadüf edir.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton