Dördqat dünya çempionu və “Red Bull” pilotu Maks Verstappen ABŞ Qran-prisində növbəti tarixi nəticəyə imza atıb.
90deqiqe.Az-ın məlumatına görə, niderlandlı pilot yarışın qalibi olaraq karyerasında 122-ci dəfə podiuma çıxıb. Bu göstərici ilə Verstappen almaniyalı Sebastyan Fettel ilə bərabərləşib.
Karyera ərzində ən çox podiuma çıxmış F-1 pilotları (Top-5):
Luis Hemilton (Böyük Britaniya) – 202 podium
Mixayel Şumaher (Almaniya) – 155 podium
Sebastyan Fettel (Almaniya) – 122 podium
Maks Verstappen (Niderland) – 122 podium
Alen Prost (Fransa) – 106 podium
Fernando Alonso (İspaniya) – 106 podium
Verstappenin bu uğuru onun Formula-1 tarixində ən çox podiuma çıxan pilotlardan biri olduğunu bir daha təsdiqləyir.