ain.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Qəzzanın bərpasına təxmini 50 milyard dollar lazımdır".
525.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Trampın nümayəndəsi Stiv Uitkoff bu fikirdədir.
"Lazım olan məbləğ 50 milyard dollar civarındadır. Bir qədər az və ya çox ola bilər. Fikrimcə, bu, o qədər də böyük vəsait deyil. Yaxın Şərqin imkanlı dövlətləri bu məbləğin yığılmasında çətinlik çəkməzlər" - deyə, Uitkoff bildirib.
Qeyd edək ki, İsrailin hücumundan sonra Qəzzada tikililərin 80 faizindən çoxu dağılıb. Bəzi hüquq müdafiəçiləri bərpa prosesi üçün lazım olan vəsaiti İsrailin qarşılamalı olması fikrindədir.
L.Tağıyeva
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.