ABŞ və Avstraliya nadir torpaq minerallarına dair saziş imzalayıb.
Sənədə Ağ Evdə ABŞ Prezidenti Donald Tramp və Avstraliya Baş naziri Entoni Albanese imza atıblar.
"Təxminən bir ildən sonra bizdə o qədər kritik minerallar və nadir torpaq elementləri olacaq ki, onlarla nə edəcəyinizi bilməyəcəksiniz. Onların qiyməti cəmi 2 dollar olacaq. Bu arada biz Avstraliya və digər ölkələrlə işləyəcəyik", - Amerika lideri bildirib.