AZ

ABŞ-də büdcə böhranı dərinləşir

Senat işini bərpa etsə də, üfüqdə hökumətin maliyyələşməsi üzrə kompromis görünmür...

Poliqon xəbər verir ki, CNN-in məlumatına görə, ABŞ Senatının üzvləri Kapitoli təpəsinə geri dönsələr də, hökumətin fəaliyyətinin bərpası üçün hələlik heç bir razılıq əldə olunmayıb. Müxalifət artıq 20 gündür davam edən büdcə böhranı fonunda bir-birini ittiham edir.

Gözlənilir ki, Nümayəndələr Palatası bu həftə yenidən respublikaçıların təklif etdiyi maliyyələşmə qanun layihəsinə səs verəcək. Lakin sənədin keçməsi ehtimalı azdır, çünki partiyalar səhiyyə subsidiyaları ilə bağlı kəskin fikir ayrılığı yaşayır.

Cümə günü Senat əməkdaşlarına göndərilən elektron məktubda bildirilib ki, onlar maaş almayacaqlar və bütün ödənişlər hökumətin fəaliyyətinin bərpasına qədər dayandırılacaq.

Eyni zamanda, ABŞ-ın nüvə arsenalına cavabdeh olan federal agentlik bu gündən etibarən işçilərinin böyük hissəsini məcburi məzuniyyətə göndərib. Ekspertlər xəbərdarlıq edirlər ki, vəziyyət uzandıqca ölkənin müdafiə, səhiyyə və sosial proqramları da ciddi şəkildə zərər görə bilər.

Poliqon.info

Seçilən
125
poliqon.info

1Mənbələr