Bizim media portalından verilən məlumata əsasən, ain.az bildirir.
Asiya Çempionlar Liqasında Təbrizin “Traktor” klubu səfərdə Birləşmiş Ərəb Əmirliklərinin “Şarca” klubu ilə qarşılaşıb.Bizim.Media xəbər verir ki, oyun Təbriz klubunun 5:0 hesablı qələbəsi ilə qurtarıb.Görüşün 6-cı dəqiqəsində “qırmızı qurdlar”ın heyətində albaniyalı Regi Luşkya fərqlənib.
11-ci dəqiqədə Luşkya ikinci topu “Şarca”nın qapısından keçirib. 40-cı dəqiqədə Mehdi Haşemnecad üçüncü qola imza atıb. 45+3-də isə Daniyal Esmailifar hesabı 4:0 edib.
İkinci hissədə 84-cü dəqiqədə Məsud Kazemayni beşinci qolu BƏƏ klubunun qapısına vurub.Bu qələbədən sonra “Traktor” 3 oyundan 5 xal toplayıb. Komanda Qərb divizionunda üçüncü yerdədir.Rəşad Rafiqoğlu, Bizim.Media
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.