Milli.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Bir zamanların "Ağalarova" ləqəbli məşhur modeli Diana Mehdiyeva indi məhbus həyatı yaşayır.Milli.Az xəbər verir ki, bloger və aparıcı Nail Kəmərli Diana ilə həbsxanadan süjet hazırlayıb. Narkotik vasitələrin külli miqdarda saxlanması, daşınması və istifadəsinə görə həbs olunan Diana öz acınacaqlı taleyindən söz açıb.18 yaşında modellik fəaliyyətinə başlayan Diana, qısa zamanda şöhrətə çatıb, maddi gəlir əldə edib. Lakin narkotiklə tanışlığı onun əlindən hər şeyini alır, qazandığı dostlar da bir-bir onu tərk edir. Vəziyyət o yerə çatır ki, Diana pis vərdişi ucbatından iş tapa bilmir və gənc yaşda enerji içki bankalarını toplamağa başayır, hətta oğurluğa əl atır.Diananın həbsdə hələ 4 ili qalır. Onun sözlərinə görə, həbsdən çıxanda artıq 39 yaşı olmuş olacaq. Sonda o, tutduğu əməldən xeyli peşman olduğunu dilə gətirib.Daha ətraflı videoda:Milli.Az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.