"Bakı-Xəbər" Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində paylaşım edib. A.Quliyev yazır: "Ermənistan parlamentinin sədri Simonyan oktyabrın 21- də Cenevrədə Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşəcək.Simonyan indiki şəraitdə "bu görüşün xüsusi əhəmiyyətini qeyd edib və "iki ölkənin ictimaiyyəti arasında etimadın bərpasının zəruri olduğunu" bildirib...
Dövlət elitalarının təmaslarına bütün hallarda ehtiyac var...
Lakin iki ölkənin başçılarının dəfələrlə görüşlərindən sonra ictimaiyyətlər arasında hələ etimadın yaranmadığını düşünsək, spikerlərin görüşməsinin bu yöndə nəyisə dəyişə biləcəyini gözləmək real deyil...
Hazırkı şəraitdə xalqlar arasında etimadın sıfırdan hərəkətə başlaması və bərpaya doğru irəliləməsinin əsasən bir şərtdən asılı olduğu gərək unudulmasın.Bu şərt sülh prosesinə real, ardıcıl, prinsipial və səmimi hərəkətlərlə dəstək verməkdir.Xalqlar öz hakimiyyətlərinin timsalında bunu görsələr, əmin olsalar, qarşılıqlı etimadın qapısı açılar.Ancaq təəssüf ki, hazırkı şəraitdə sülhə doğru real və ardıcıl hərəkət ancaq Azərvaycan prezidentinin kursunda özünü göstərir. Düzdür, Paşinyan öz cəmiyyətinə " real Ermənistan bizim indi yaşadığımız Ermənistandır," müstəqillik aktı bizi qonşularla toqquşdurur"," 3- cü respublika tarixi saxta konstitusiya tarixidur" kimi çox realist mesajlar verir.Lakin bu mesajlar ətrafında Ermənistan cəmiyyətinin kütləvi ictimai dəstək hərəkatını hələ görmürük, olsa- olsa Paşinyanın öz partiyadaşlarının siyasi dəstək hərəkatını görə bilirik.Siyasi dəstək və kütləvi ictimai hərəkat dəstəkləri isə fərqli şeylərdi....
Simonyanın görüş qabağı bunu bilməsi faydalıdır...."
Mətləb