ABŞ-nin hərbi avtomobilləri Polşada qəzaya uğrayıb.
Yenisabah.az xəbər verir ki, bu barədə Dövlət Yanğından Mühafizə Xidmətinin Poznan şəhərindəki Baş İdarəsi feysbuk hesabında məlumat yayıb.
Axşam saatlarında A2 magistralının 137-ci kilometrliyində, Buk şəhəri (Böyük Polşa Voyevodluğu) yaxınlığında mikroavtobus Varşava istiqamətində hərəkətdə olarkən "Hummer" də daxil olmaqla Amerika hərbi maşınlarının karvanı ilə toqquşub. Dominos pizza
Qəza zamanı bir nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb. ABŞ-nin dörd əsgəri və mülki şəxs - mikroavtobusun sürücüsü xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
Varşava istiqamətində nəqliyyatın sıxlığı yaranıb: bir zolaq bağlanıb. ABŞ karvanındakı hərbi maşınların dəqiq sayı hələ müəyyən edilməyib./"Report"
Telegram kanalımız