Yaponiyanın hökuməti istefa verib – yeni baş nazir seçilir
Yaponiyanın Baş naziri Siqeru İsiba hökuməti parlamentdə keçiriləcək yeni baş nazir seçkiləri ərəfəsində istefa verib.
Teleqraf xəbər verir ki, bu barədə "Kyodo" agentliyi məlumat yayıb.
Yeni baş nazirin seçilməsi bu gün günortadan sonra keçiriləcək səsvermədə müəyyənləşəcək.
Səsvermə ərəfəsində Yaponiyada siyasi və ictimai dairələr arasında yeni hökumət başçısının kim olacağı barədə razılaşma formalaşıb. Ən real namizəd 4 oktyabrda iqtidardakı Liberal Demokrat Partiyanın lider seçkilərində qalib gələn Sanae Takaiti hesab olunur.
64 yaşlı Sanae Takaiti partiyanın ultrakonsarvativ qanadını təmsil edir. O, son beş ildə Yaponiyanın dördüncü baş naziri, həm də ölkə tarixində bu vəzifəyə gələn ilk qadın olacaq.