AZ

KİV: Netanyahu Qəzza üzrə sülh planını poza bilər

BAKI, 21 oktyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Trampın administrasiyası İsrailin Baş naziri Benyamin Netanyahunun Vaşinqton tərəfindən təklif edilən Qəzza üzrə sülh planını poza biləcəyindən ehtiyat edir.

Teleqraf xəbər verir ki, bu barədə "The New York Times" qəzeti yazır.

Mənbələrin bildirdiyinə görə, Ağ Evdə Netanyahunun razılaşmanı ləğv edə biləcəyi ilə bağlı müəyyən narahatlıqlar mövcuddur.

Hazırda Vaşinqtonun strategiyası İsrail baş nazirini HƏMAS-a qarşı genişmiqyaslı hücumu davam etdirməkdən çəkindirməyə yönəlib.

Seçilən
60
42
teleqraf.com

10Mənbələr