AZ

İsrail Haniyənin ailə üzvlərinə Qəzzanı tərk etməyə icazə verdi -TÜRKİYƏNİN TƏLƏBİ İLƏ

Türkiyənin tələbi ilə İsrail HƏMAS-ın keçmiş lideri İsmayıl Haniyənin ailəsi və Türkiyə vətəndaşları da daxil olmaqla, 66 nəfərin Qəzzanı tərk etməsinə icazə verib.

 

“Middle East Eye”da dərc olunan yazıda belə deyilir.

 

Bildirilib ki, 66 nəfərin içərisində 16 nəfər Haniyənin yaxın qohumudur.

 

Onların Qəzzanı tərk etməsi HƏMAS-İsrail atəşkəs razılaşmasından sonra baş tutub. Nəşr vurğulayıb ki, İsrail tərəfi bununla Ankara ilə münasibətlərdə gərginliyi azaltmağa çalışır.

 

Qeyd edək ki, HƏMAS-ın sabiq lideri İsmayıl Haniyə 2024-cü ilin iyulunda Tehranda sui-qəsd nəticəsində öldürülüb.

Seçilən
27
3
senzor.az

4Mənbələr