AZ

Tramp: "Bizdə çoxlarının xəbərsiz olduğu silahlar var"

"ABŞ Çin üzərində hərbi üstünlüyə malikdir".

 

TASS xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp jurnalistlərə Ağ Evdə Avstraliyanın Baş naziri Entoni Albaneze ilə görüşünün əvvəlində deyib.

 

Tramp qeyd edib ki, ABŞ-ın arsenalında qabaqcıl silah sistemləri var və çoxları onların varlığından xəbərsizdir.

 

Ağ Evin rəhbəri diqqətə çatdıtıb ki, hazırda süni intellekt texnologiyaları həlledici əhəmiyyət kəsb edir və bu sahədə də ABŞ Çini xeyli qabaqlayır.

Seçilən
30
2
senzor.az

3Mənbələr