Ata körpə oğlunun ölümünə səbəb oldu - Bakıda dəhşətli hadisə...
Bakıda uşaq ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib. Hadisə oktyabrın 20-də saat 12 radələrində Sabunçu rayonu Zabrat qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1992-ci il təvəllüdlü Tural Süleymanov 7 yaşlı oğlu Usamə Süleymanlını qucağına alaraq "BMW" markalı avtomobilə əyləşib. Bu zaman azyaşlı uşaq sürüşərək sürət pedalına sıxılıb. Nəticədə avtomobil hərəkətə gəlib və hasara çırpılıb. Hadisə nəticəsində azyaşlı U.Süleymanlı hadisə yerində ölüb, T.Süleymanov isə ağır xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti həkimlər tərəfindən ağır qiymətləndirilir. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır. Mətləb