BAKI, 21 oktyabr. TELEQRAF
Argentina millisinin kapitanı Lionel Messi 20 yaşadək futbolçulardan ibarət yığma komandanın dünya çempionatından sonra dəstək olub.
Teleqraf xəbər verir ki, ulduz futbolçu yığmasının finalda Mərakeşə 0:2 hesabı ilə uduzması ilə bağlısosial şəbəkə hesabındapaylaşım edib.
“Üzülməyin, uşaqlar! Möhtəşəm turnir keçirdiniz. Hamımız sizin kuboku qaldırmağınızı istəsək də, bizə yaşatdıqlarınızla qürur duyuruq”, – deyə, Messi qeyd edib.
Qeyd edək ki, Argentina U-20 yığması 6 dəfə qalib gələrək turnirin rekordçusudur.