AZ

Astarada baş verən qəzada 19 yaşlı sürücü xəsarət alıb

Astara, 21 oktyabr, İlkin Adıyev, AZƏRTAC

Astara rayonunda avtomobil idarəetməni itirərək yol kənarında dirəyə çırpılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yol-nəqliyyat hadisəsi gecə saatlarında Astara rayonunun Təngərüd kəndi ərazisində baş verib.

Kənd sakini 2006-cı il təvəllüdlü Tahin Ramin oğlu Dadaşov idarə etdiyi "Azsamand" markalı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən idarəetməni itirib. Nəqliyyat vasitəsi yoldan çıxaraq yol kənarındakı dirəyə çırpılıb. Ağır bədən xəsarətləri alan sürücü T.Dadaşov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
57
10
azertag.az

10Mənbələr