AZ

Pensiya yaşı 59 olmalıdır - Tanınmış həkim

“Azərbaycanda orta yaş 59-dur. Pensiya yaşını 59-dan yuxarı etmək düzgün deyil".

Hurriyyet.az pravda.az-a istnadla xəbər verir ki, bunu tanınmış həkim Rəşid Mahmudov deyib.

O əlavə edib: "Sovet dövründə hamısı dəqiq idi, hesablanırdı. İndi yalandan bir rəqəm deyirlər, guya adam çox yaşayır, 70 yaşdan yuxarı. Bir-iki adam bu yaşa qədər yaşayır, qalanlar hamısı 50 yaşda vəfat edir, heç pensiya yaşına çatmır. Adam 64 yaşında ölür, pensiya yaşı isə 65-dir. Bu yaşa qədər pensiya fonduna pul ödəyib axı. Bəs bu pulları kim yeyib? Yığılır qalır, kimə qalır? Mənə, ya sənə?!”

Həkim bildirib: “Yaponiyada kişilərdə orta yaş həddi 100-dən yuxarıdır. Qadınlarda isə 98-dir. Çünki onlar bir-birilərini seviblər, yaşayıblar. Biz isə 60 yaşa çatan kimi arvadımıza deyirik ki, səni mənə ürcah edən belə-belə olsun. Çünki kişi özü arvadı sevməyib alıb, məcbur ediblər ki, get bu qızı al, o da alıb. Ən əsası, yaponlar sağlam yaşayıblar, bizi kimi yox. Onlar 102 yaşda 50 yaşdakı kimi görürlər”.

Seçilən
25
6
hurriyyet.az

7Mənbələr