Bir qrup amerikalı alim korların görmə qabiliyyətini qismən bərpa etməyə kömək edəcək göz implantı ixtira ediblər.
AzPost Financial Times-a istinadən xəbər verir ki, tədqiqatçılar coğrafi atrofiya nəticəsində kor olan xəstələrin funksional mərkəzi görmə qabiliyyətini bərpa edə bildikləri bildirilir.
Yeni texnologiya istifadəçinin taxdığı xüsusi eynəklərə quraşdırılmış kameranı nəzərdə tutur. Kamera şəkillər çəkir və onları 2 x 2 mm ölçülü simsiz retinal implantın üzərinə proyeksiya edir. İmplant daha sonra işığı beyinə göndərilən elektrik impulslarına çevirir.
Tədqiqat aparatın yaşla bağlı inkişaf edən makulyar degenerasiyadan əziyyət çəkən xəstələrin 81%-i üçün faydalı olduğunu müəyyən edib.
