AZ

Gümrüdə 33 nəfər saxlanıldı Rüşvət alan merə görə etiraz edirlər

Bizim media portalından alınan məlumata görə, ain.az xəbər verir.

Ermənistan KİV-lərinin İstintaq Komitəsinə istinadla verdiyi məlumata görə, Gümrü meri binası qarşısında dünən keçirilən etiraz aksiyasından sonra artıq 33 nəfər saxlanılıb.Bizim.Media xəbər verir ki, vətəndaşlar kütləvi iğtişaşlar və ədalət mühakiməsinə mane olmaq ittihamı ilə saxlanılıblar.Gümrü sakinləri dünən müxalifət yönümlü mer Vardan Qukasyanın saxlanmasının qarşısını almaq məqsədilə toplaşmışdılar.Xatırladaq ki, Gümrü meri Vardan Qukasyan və meriyanın baş memarı rüşvət almaqda ittiham olunurlar. Mer və daha yeddi nəfər barəsində cinayət işləri açılıb.Bizim.Media

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
35
3
bizim.media

4Mənbələr