ain.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Neftçi"nin basketbol komandası bu gün FIBA Avropa Kubokunun əsas mərhələsində növbəti oyununa çıxacaq.
Fanat.Az xəbər verir ki, "ağ-qaralar" mübarizə apardığı I qrupunda ikinci oyununu Estoniyanın "Kalev" komandasına qarşı keçirəcək.
Təmsilçimiz rəqibini Bakıda qəbul edəcək. Qarşılaşma Bakı İdman Sarayında baş tutacaq və saat 18:30-da start götürəcək.
Qeyd edək ki, "Neftçi" ilk matçında Polşada "Trefl"ə uduzub - 63:92.
"Neftçi" turnirdə bu heyətlə yarışır: Fikrət Ələkbərov, Camal Bey, Əkbər Məmmədov, Devonte Qrin, Toni Perkoviç, Amil Qəmzəyev, Edvard Polite, Ağa Ağayev, Qalin Smit, Stefan Keniç, Nicat Nəsirov, Tunar Hacızadə, Marko Siniç.
I qrupunun digər görüşündə "Abşeron Lions" sabah Bakıda "Trefl"lə üz-üzə gələcək.
FİBA Avropa Kuboku
I qrupu
21 oktyabr
18:30. Neftçi (Azərbaycan) - Kalev (Estoniya)
Bakı İdman Sarayı.
Abunə Ol
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.