Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbbibəylinin qızı Günay Məsimovanın Almaniyada bank seyfində saxladığı bir milyon avrodan artıq nəqd pulu və qiymətli əşyaları fırıldaqla ələ keçirilib.
Publika.az xəbər verir ki, bu haqda “Gündəlik Naxçıvan” məlumat yayıb. Xəbərdə bildirilir ki, hadisədən sonra polis təhqiqata başlayaraq, bu pulların hansı yollarla Almaniyaya gətirilməsini araşdırır.
Günay Məsimovanın yaxınlarına verdiyi məlumata görə, bankdakı seyfində 790 min avro dəyərində dollar və brilliant, 330 min avro pul olub. Pullarını və qiymətli əşyalarını ələ keçirən isə, onun Almaniyada yaşayan tanışı F.M. olub. O, pulları götürüb aradan çıxa bilsə də, polis qiymətli əşyaların bir hissəsini tapıb və məsələ aydınlaşana kimi müsadirə edib. Pulun dəqiq məbləği ilə bağlı rəsmi məlumat yoxdur.
Pulun və qiymətli əşyaların mənbəyini öyrənmək üçün Nürnberqdə araşdırma başlanılsa da, Günay Məsimova ölkəni dərhal tərk etdiyindən işi başa çatdırmaq mümkün olmayıb.
Bəlli olub ki, G. Məsimova Almaniyada saxta evlilik vasitəsi ilə yaşama hüququ alıb. Bundan sonra o, dəyəri 1 milyon avro olan villa və mənzil alıb. Mənzil Berlin şəhərində Kohulfurter küçəsində yerləşir.