AZ

“Aztelekom” beynəlxalq assosiasiyaya qoşuldu

Bakı. Trend:

AZCON Holding şirkətlərindən olan “Aztelekom” MMC qlobalsəviyyədə genişzolaqlı rabitənin inkişafına yönəlmiş təşəbbüsləridəstəkləmək məqsədilə Ümumdünya Genişzolaqlı Əlaqə Assosiasiyasına(WBBA) üzv olub.

Bu üzvlük “Aztelekom”un yalnız ölkə daxilində deyil, qlobaldünyada da texnoloji cəmiyyətin fəal iştirakçısına çevrildiyininbariz nümunəsidir.

“WBBA” dünyanın müxtəlif ölkələrindən olan telekommunikasiyaşirkətləri, texnologiya təminatçıları və tənzimləyici qurumları biraraya gətirən nüfuzlu platformadır. Assosiasiyanın əsas məqsədigenişzolaqlı internetin əlçatanlığını artırmaq, texnolojiinnovasiyaları təşviq etmək və rəqəmsal inklüzivliyigücləndirməkdir.

Qeyd edək ki, Azərbaycanda bu assosiasiyaya üzv seçilən ilkşirkət məhz “Aztelekom”dur.

“Aztelekom”un “WBBA”də təmsil olunması şirkətə qlobal tərəfdaşlıqimkanları, ən son texnologiyalara çıxış, sənaye üzrə qabaqcılbiliklərin paylaşılması və rəqəmsal strategiyaların formalaşmasındaiştirak kimi üstünlüklər qazandıracaq.

Xatırladaq ki, “Aztelekom” cari ilin may ayında gigabit sürətligenişzolaqlı internet bağlantısının təmin edilməsində göstərdiyiyüksək nəticələrə görə Ümumdünya Genişzolaqlı ƏlaqəAssosiasiyasının (WBBA) təltif etdiyi “Gigacity Champion” mükafatına layiq görülüb.

Son bir ildə “Speedtest Award for Fastest Fixed Network”, “BestPractice of Home Broadband Development Award”“Gigacity Champion” kimi beynəlxalq mükafatlarla təltif olunan“Aztelekom” ölkə tarixində bu üç mükafatı qazanan ilk sabit şəbəkəprovayderidir.

Məqalədə:
Seçilən
30
6
az.trend.az

7Mənbələr