AZ

Şəkər və yağlı yemək beyinə mənfi təsir göstərir

ain.az xəbər verir, Azpost saytına əsaslanaraq.

Böyük miqdarda yeyilən şəkərli və yağlı qidalar beyin fəaliyyətinə mənfi təsir, adi su içmək isə müsbət təsir göstərir.

AzPost-un məlumatına görə, bu sözləri endokrinoloq və tibb elmləri doktoru Zuxra Pavlova Lenta.ru-ya bildirib.

Mütəxəssisin fikrincə, hətta yüksək keyfiyyətli spirt belə həmişə beyində iltihablı reaksiyaya səbəb olur. Tərkibində nitrat olan qızardılmış və hisə verilmiş qidalar da beyinə mənfi təsir göstərir.

“Buxarda bişirilmiş qidalar beyinə müsbət təsir göstərir. Pəhrizdə tərəvəzlər, meyvələr, taxıllar, qoz-fındıq, giləmeyvə və düzgün bişmiş qırmızı ət olmalıdır, lakin norma gözlənilmlidir”-deyə doktor vurğulayıb.

Saf, keyfiyyətli su xüsusilə beyin funksiyası üçün faydalıdır. Ölçülü şəkildə istehlak edilən yüksək keyfiyyətli çay və qəhvə də faydalı ola bilər.

AzPost.az

Paylaş

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
34
1
azpost.info

2Mənbələr