AZ

Apteklərdə endirim edilən dərmanlarla bağlı İLGİNC İDDİA

Son zamanlar apteklərdə bəzi dərman vasitələrinin qiymətlərində endirimlər müşahidə olunur. Bu endirimlər bəzən dərmanın ümumi dəyərinin 10 faizinə qədər çatır ki, bu da cəmiyyətdə müxtəlif suallar və narahatlıqlara səbəb olur.

Bir qisim insanlar belə hesab edir ki, qiyməti azaldılan dərmanlar ya keyfiyyət baxımından zəifdir, ya da onların istifadə müddəti başa çatmaq üzrədir. Digərləri isə bu vəziyyəti sadəcə marketinq gedişi kimi qiymətləndirirlər.

Mövzu ilə bağlı paytaxt ərazisində yerləşən bir neçə aptekdə sorğu aparılıb. Adlarının açıqlanmasını istəməyən əczaçılar bildiriblər ki, əsasən Tarif Şurası tərəfindən maksimum qiymət limiti müəyyən olunan dərmanlarda endirimlər tətbiq olunur. Çünki apteklər həmin yuxarı həddi keçə bilməzlər. Bu səbəbdən də dərman qabında göstərilən qiymət Tarif Şurasının, kassa çekindəki isə aptekin müəyyən etdiyi satış qiyməti olur.

Bəs bu endirimlərin əsl səbəbi nədir?

Day.Az xəbər verir ki, məsələ ilə bağlı Bizim.Mediaya açıqlama verən Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov bildirib:

"Azərbaycan apteklər ölkəsinə çevrilib. Dünyanın heç bir ölkəsində bu qədər aptek fəaliyyət göstərmir. Məsələn, Türkiyədə və bir çox başqa ölkələrdə şənbə və bazar günləri apteklər işləməz, çünki buna ehtiyac yoxdur. Bizdə isə apteklər sutkalıq rejimdə fəaliyyət göstərir."

Hüseynov qeyd edib ki, dərman qiymətləri ölkədə kifayət qədər yüksəkdir:

"Məsələn, şəkər xəstələri üçün nəzərdə tutulan 'Qalus med' dərmanı Azərbaycanda 75 manata satılır. Halbuki eyni dərman Türkiyədə 15, İspaniyada 35, Filippində isə cəmi 18 manatadır. Dövlət bəzi dərmanların qiymətini tənzimləsə də, qiymətlər yenə də baha qalır."

Onun sözlərinə görə, bəzi apteklər satış həcmini artırmaq məqsədilə qiymətlərdə endirimə gedirlər. Lakin bu endirimlərdən sonra belə dərmanlar hələ də baha qalır. Çünki Eyyub Hüseynovun fikrincə, dərman sektoru böyük gəlir gətirən bir biznes sahəsidir və bu sahəyə konkret şəxslər nəzarət edir.

Seçilən
76
day.az

1Mənbələr