AZ

Azərbaycanda qırılıb yerə düşən elektrik xətti dəhşətli hadisəyə səbəb oldu

Siyəzən rayonunda qırılaraq yerə düşən elektrik xətti bədbəxt hadisəyə səbəb olub.

News24.az- ın etdiyi məlumata görə, hadisə oktyabrın 20-si saat 19 radələrində rayonun Sədan kəndinin ərazisində baş verib.

Elektrik naqilinin qırılıb yerə düşməsi nəticəsində kənd sakini 1990-cı il təvəllüdlü Seymur Nəcməddin oğlu Əhmədovu və ona məxsus 25000 manat dəyərində 6 baş inəyini elektrik cərəyanı vurub.

6 baş inək hadisə yerində tələf olub. S.Əhmədov isə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırmalar aparılır.

Yaşar Araz

 

Seçilən
197
1
news24.az

2Mənbələr