AZ

“İraq-türkman dilinin qrammatikası” kitabı ilk dəfə işıq üzü gördü

BAKI, 21 oktyabr. TELEQRAF

Azərbaycanlı alimlərin dəstəyi ilə İraq tarixində ilk dəfə “İraq-türkman dilinin qrammatikası” kitabı nəşr olunub.

Teleqraf xəbər verir ki, kitab Avrasiya Beynəlxalq İnkişaf Assosiasiyasının (ABİA) təşəbbüsü və təşkilatçılığı ilə çap edilib.

Kitabın müəllifləri AMEA Şərqşünaslıq İnstitututunun şöbə müdiri Elnur Mustafayev və Bağdad Universitetinin professoru Mahmud Xəlil Çayırlıdır.

Qeyd edək ki, İraq türkman dili və ədəbiyyatı ilə bağlı indiyədək istər İraq, istər Türkiyə, istərsə də Azərbaycanda çoxsaylı araşdırmalar, kitablar və tədqiqat məqalələri yazılsa da İraq türkman dili qrammatikasını tam əhatə edən kitab yazılmamış, indiyədək bu sahədə irəli sürülən təşəbbüslər, türkman qrammatikasının yalnız bir qismini əhatə etmişdi.

Hazırki kitab-araşdırmada İraq türkman dilinin fonetik, morfoloji və sintaksis qrammatik qanunauyğunluqlarının Azərbaycan dili qrammatikası ilə müqayisəli təhlili aparılaraq tam uyğunluğu müəyyən edilib və türkman dilinin müstəqil qrammatikasının ilkin bazasının əsasları təqdim olunub.

Kitab Azərbaycan və ərəb dillərində nəşr edilib, yaxın zamanlarda hər iki ölkədə təqdimatlarının keçirilməsi nəzərdə tutulur.

Seçilən
90
3
teleqraf.com

4Mənbələr