AZ

Fətəli xan Xoyskinin 150 illik yubileyi ilə bağlı AMEA-nın Tədbirlər planı təsdiqlənib

Bakı. Trend:

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətininiclasında müzakirə edilən növbəti məsələ Azərbaycan RespublikasıPrezidentinin “Fətəli xan Xoyskinin 150 illik yubileyininkeçirilməsi haqqında” 2025-ci il 17 sentyabr tarixli Sərəncamınınicrası ilə bağlı AMEA-nın Tədbirlər planının təsdiq edilməsi barədəolub.

Bu barədə Trend-ə AMEA-dan məlumat verilib.

Bildirilib ki, iclasda AMEA-nın prezidenti akademik İsaHəbibbəyli bildirib ki, Sərəncamın icrası ilə əlaqədar olaraqRəyasət Heyəti tərəfindən sentyabrın 29-da qərar qəbul edilib vəAMEA-nın müvafiq elmi bölmələrinə, müəssisə və təşkilatlarına,regional elmi bölmə və mərkəzlərinə Fətəli xan Xoyskinin 150illiyinin qeyd edilməsi ilə bağlı AMEA-nın Tədbirlər planınınhazırlanması üçün təkliflərin hazırlanaraq AMEA-nın İctimai ElmlərBölməsinə təqdim edilməsi tapşırılıb. Akademik İsa Həbibbəylivurğulayıb ki, ötən müddət ərzində təqdim olunmuş təkliflərəsasında AMEA-nın İctimai Elmlər Bölməsi tərəfindən Fətəli xanXoyskinin 150 illik yubileyi ilə bağlı AMEA-nın Tədbirlər planınınlayihəsi hazırlanaraq Rəyasət Heyətinə təqdim olunub.

Sonra AMEA-nın akademik-katibi akademik Arif Həşimov Tədbirlərplanını təqdim edib. Bildirib ki, Tədbirlər planında “Fətəli xanXoyski: Azərbaycanın milli dövlətçilik tarixində fenomenalşəxsiyyət”, “Azərbaycanın istiqlal mücahidi”, “Fətəli xan Xoyskininhəyatı və ictimai-siyasi fəaliyyəti”, “Azərbaycan ədəbiyyatındaFətəli xan Xoyskinin bədii obrazı”, “Azərbaycan milli dövlətçiliktarixində Fətəli xan Xoyski irsi - ədalətin, vətənpərvərliyin vəistiqlalın təcəssümü”, “Cümhuriyyət qurucularından biri: Fətəli xanXoyskinin həyat və fəaliyyəti” mövzusunda seminar, konfrans və s.tədbirlərin keçirilməsi, “Fətəli xan Xoyski” monoqrafiyasının vədigər kitabların nəşr edilməsi nəzərdə tutulub.

Qeyd olunanları nəzərə alaraq, AMEA-nın Rəyasət Heyəti Fətəlixan Xoyskinin 150 illik yubileyi ilə bağlı AMEA-nın Tədbirlərplanını təsdiqləyib.

Məqalədə:
Seçilən
6
4
az.trend.az

5Mənbələr