AZ

Maşınla 35-40 yaşlı kişini vurdu: Kimliyi bilinmir

Şəmkirdə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

"Cebheinfo.az" xəbər verir ki, hadisə Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun Şəmkir rayonunun Çaparlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.  

Belə ki, 1982-ci il təvəllüdlü Təzəkənd sakini Yavər Kamil oğlu Hacılı idarə etdiyi “Mercedes Benz Vito” markalı avtomobillə şəxsiyyəti məlum olmayan 35-40 yaşlı kişini vurub.

Piyada hadisə yerində həlak olub. 

Faktla bağlı araşdırma başlanılıb.

"Cebheinfo.az"

Seçilən
7
2
cebheinfo.az

3Mənbələr