AZ

Badmintonçumuzun Çexiya bürüncü

Xalq qazeti saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Badmintonçumuz Edi Reski Dviçayo Çex Respublikasının paytaxtı Praqa şəhərində keçirilən “International Challenge” kateqoriyalı “Czech Open” beynəlxalq turnirində bürünc medal qazanıb.

Mübarizəyə əsas mərhələdən başlayan Edi ilk görüşündə fransalı Valentin Singeri mübarizədən kənarlaşdırıb – 2:0 (21–12, 21–13).

Edi 1/8 finalda Hindistan təmsilçisi Dalal Şaşvatı 2:0 (21–12, 21–19) hesabı ilə məğlub edib. 1/4 finalda hər iki setdə ispan Pablo Abiandan üstün olan badmintonçumuz (21–15, 21–14) yarımfinala yüksəlməklə bürünc medalı təmin edib. Edi Reski Dviçayo finalın bir addımlığında İndoneziya badmintonçusu Məhəmməd Yusufa uduzub 0:2 (14–21, 17–21).

XQ

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
34
1
xalqqazeti.az

2Mənbələr