Peşə təhsili müəssisəsində təşkil olunacaq institusional akkreditasiyanın qiymətləndirilməsinə başlanılır. "Bakuinfo" xəbər verir ki, iqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) bununla bağlı hazırlıqlar işlərini başa çatdırıb. Agentlik qiymətləndirilmə ilə bağlı ümumilikdə 6 müəllimlə müqavilə bağlayıb. Müqavilələrə əsasən, peşə təhsili müəssisəsində təşkil olunacaq institusional akkreditasiyanın qiymətləndirilməsi işlərinə cəlb olunmuş aşağıdakı müəllimlərə qeyd olunan məbləğdə pul veriləcək: 1) İmanova Sevil Novruz qızı - 900 manat,2) Muxtarov Ramil Məmməd oğlu - 750 manat,3) Kərimova Aynur Allahverən qızı - 750 manat,4) Muradlı Gültəkin Fəzail qızı - 750 manat,5) İsrafilov Əlzamin Rəhman oğlu - 750 manat,6) Vəliyev Ceyhun Amin oğlu - 750 manat. Xatırladaq ki, TKTA ali təhsil müəssisəsində təşkil olunacaq institusional akkreditasiyanın qiymətləndirilməsi işlərinə cəlb olunmuş 36 müəllimə isə 1175-1300 manat məbləğində vəsait ödəyəcək.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta