Bakı, TurkicWorld
Azərbaycan Prezidentinin köməkçisi – Azərbaycan Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Prezident İlham Əliyevin Qazaxıstana səfəri ilə bağlı "X" sosial şəbəkə hesabında paylaşım edib.
TurkicWorld xəbər verir ki, H.Hacıyev köməkçisi paylaşımında Prezident İlham Əliyevin son aylarda Prezident İlham Əliyev Mərkəzi Asiya regionuna üç dəfə - Türkmənistan, Tacikistan və Qazaxıstana səfər etdiyini xatırladıb.
"Əvvəllər Azərbaycan-Mərkəzi Asiya münasibətləri çox vaxt "5+1" formulu ilə xarakterizə olunurdu — bu, beş Mərkəzi Asiya ölkəsi ilə yanaşı, Azərbaycanın ayrıca tərəfdaş kimi iştirakını simvolizə edirdi. Lakin bu gün həmin formula sadəcə riyazi ifadədən çıxaraq siyasi və tarixi reallığa çevrilib. Hətta bu münasibətləri kimyəvi bir prosesə bənzətmək olar — o, vahid "altılığ"a çevrilib. Bu isə ortaq tarix, mədəniyyət, ənənə, etnik və dil yaxınlığı əsasında bu ölkələr arasında dərinləşən inteqrasiyanı, birgə geosiyasi məkan və ortaq taleyi əks etdirir", - deyə Prezidentin köməkçisi qeyd edib.