AZ

AYNA-nın qərarları taksiləri küçəyə salıb: gecə saat 1-də… – VİDEO

Bakıda taksi minik avtomobilləri ilə sərnişin daşımalarına verilən icazələrinsayına məhdudiyyət tətbiq olunduqdan sonra paytaxtda uzun növbələr yaranıb.

NOCOMMENT.az xəbər verir ki, bu u barədə məlumat BAKU.WS-in “qaynar xətti”nə daxil olub.

Bildirilib ki, gecə saat 1-də AYNA-ya məxsus inzibati binalardarın birinin qarşısında sürücülər yığılıb. Ərazidə növbə sisteminin yaradılmaması sürücülər arasında narazılığa səbəb olub.

Xatırladaq ki, yeni qərara əsasən, paytaxt ərazisində müəyyən bir fəaliyyət növü üçün ümumilikdə 25 min icazə limiti müəyyənləşdirilib. Artıq bu limitin tətbiqinə az vaxt qaldığına görə, sürücülər icazə almaq üçün növbəyə düzülməyə başlayıblar.

İcazələrin verilməsi prosesi müraciət ardıcıllığı və növbəlilik prinsipi əsasında həyata keçirilir. Hansı sürücü daha tez müraciət edirsə, həmin şəxsə üstünlük verilir.

Sürücülər sosial şəbəkələrdə gecə və gündüz saatlarında yaranmış növbələrlə bağlı paylaşım ediblər.

Görüntüləri təqdim edirik:

Seçilən
99
2
nocomment.az

5Mənbələr