AZ

Siyəzəndə 35 yaşlı kişini və 6 baş mal-qaranı cərəyan vurub

Siyəzən rayon sakinini elekterik cərəyanı vurub.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, hadisə ötən gün rayonun Sədan kəndində baş verib. Kənd ərazisində elektrik naqilinin qırılıb yerə düşməsi nəticəsində 1990-cı il təvəllüdlü Seymur Əhmədovu və ona məxsus 25 min manat dəyərində 6 baş mal-qaranı elektrik cərəyanı vurub.

Hadisə nəticəsində 6 baş inək tələf olub, S.Əhmədov xəstəxanaya yerləşdirilib, vəziyyəti qənaətbəxşdir.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
32
10
operativmm.az

10Mənbələr