AZ

Agentlik 19 dövlət proqramı üzrə 67 tapşırığın icrasını 97 faiz nəticə ilə yekunlaşdırıb - AYGÜN ƏLİYEVA

Agentlik 19 dövlət proqramı üzrə 67 tapşırığın icrasını 97 faiz nəticə ilə yekunlaşdırıb - AYGÜN ƏLİYEVA

Dünyada mövcud olan uğurlu təcrübələr göstərir ki, vətəndaş cəmiyyəti əlverişli şəraitdə daha səmərəli fəaliyyət göstərir. Əlverişli şərait dedikdə təkcə maliyyə dəstəyi deyil, həm də metodiki dəstək, eləcə də qanunvericilik təşəbbüslərinin dəstəklənməsi nəzərdə tutulur. Məhz bu yolla biz ictimai dəyərlər zəncirinə könüllü qoşulmanı təmin edə bilərik.

QHT.az xəbər verir ki, bunu Xankəndi şəhərində keçirilən Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumunda Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva deyib.

Aygün Əliyeva bildirib ki, II forumdan keçən dövrə nəzər salsaq, əminliklə deyə bilərik ki, Agentlik QHTlərin dəstəyi ilə bir çox uğurlu layihələr icra etmişdir və 19 dövlət proqramı üzrə 67 tapşırığın icrasını 97 faiz nəticə ilə yekunlaşdırmışdı.
Qlobal Cənub QHT Platformasının yaradılmasını isə Azərbaycan QHT-lərinin beynəlxalq etimad qazanmasında dönüş nöqtəsi hesab etmək olar.
Bu təşəbbüsə 116 ölkədən 120 nümayəndə şəxsən, 137 ölkədən isə 1023 vətəndaş cəmiyyəti nümayəndəsi imza ilə dəstək verib. Bu Azərbaycan vətəndaş cəmiyyətinin həyatında bir ilk idi.
Bundan başqa Agentlik dövlət–özəl–QHT əməkdaşlığının ilk nümunələrini artıq yaradıb. Ek təbii səervətləri,  Qarabağ Dirçəliş Fondu və BP ilə uğurlu əməkdaşlıq həyata keçirilib.
Seçilən
31
1
7news.az

2Mənbələr