AZ

Vüqar Nadirov istefa VERDİ

Bizim media portalından alınan məlumata görə, ain.az xəbər verir.

Azərbaycan millisinin və “Qarabağ”ın sabiq hücumçusu Vüqar Nadirov 2-ci Liqa təmsilçisi “Şəmkir”in baş məşqçi postunu tərk edib.Bizim.Media xəbər verir ki, o, liqanın 6-cı turu çərçivəsində dünən evdə “Qaradağ Lökbatan”dan alınan 0:1 hesablı məğlubiyyətin ardından rəhbərliklə vəziyyəti müzakirə edərək əməkdaşlığa son qoyduqlarını bildirib.Qeyd edək ki, 6 oyuna 9 xal toplayan “Şəmkir” hazırda turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb. Nadirov 2024-cü ilin yayından qərb təmsilçisinin “sükanı arxasında” idi. Komanda onun rəhbərliyi altında 2024/25 mövsümünü 5-ci pillədə başa vurmuşdu. Millinin keçmiş forvardı bu ilin yayında baş məşqçi vəzivəsindən ayrılsa da, sonradan “Şəmkir”ə qayıtmışdı.Rəşad Rafiqoğlu, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
36
5
bizim.media

6Mənbələr