- Mətbuat və sosial şəbəkələrdə yazırlar ki, bu, sizin ailə üzvlərinizin son 30 ildə Azərbaycana ilk gəlişidir. Bu, həqiqətən belədir?- Bu, həqiqətə uyğun deyil. Bundan 19 il öncə mənim həyat yoldaşım Elmira Quliyeva qardaşının dəfn mərasimində və yas məclisində iştirak etmək üçün Bakıya səfər etmişdi. - Qızınızdan hansı hisslərinizi və arzularınızı Azərbaycana çatdırmasını istərdiniz?- Hisslərimi çatdırmaq üçün ailə üzvlərimdən kiminsə Azərbaycana səfər etməsinə ehtiyac yoxdur. - Özünüz də Azərbaycana qayıtmaq istəyirsinizmi? Bununla bağlı hər hansı addım atmaq niyyətiniz varmı?- Xeyr, Azərbaycana qayıtmaq niyyətim yoxdur. Çünki sən istədiyin vaxt özünü Azərbaycandakı kimi hiss edə bilərsən. Bu işi görmək üçün onlarla vasitələr mövcuddur. 44 günlük Vətən müharibəsi və Şuşanın, Xankəndinin azad edilməsi ilə əlaqədar yüzlərlə yazılarım çıxıb. Vətənə münasibətin məsafə ilə heç bir əlaqəsi yoxdur. Anadan harada olmağın o demək deyilki, sən ora bağlısan və mütləq doğulduğun yerdə yaşamalısan… Bağlılıq, əsasən, Vətənin çətin günlərində hansı səviyyədə onun işinə yaraya bilməyindən asılıdır. Mən hər zaman, harada olmağımdan asılı olmayaraq, vətənimə yaramağa, vətənim üçün töhfələr verməyə, layiqli vətəndaş olmağa cəhd etmişəm. Xatırladaq ki, Rəsul Bayram oğlu Quliyev 1947-ci ildə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda anadan olub. O, 1993-cü ildə Milli Məclisin sədri seçilib. 1996-cı il sentyabrın 11-də istefa verərək ailəsi ilə birlikdə ABŞ-yə köçüb. O, həmin tarixdən sonra Azərbaycana qayıtmayıb.