AZ

Ronaldonun oğlu ilk dəfə Portuqaliya millisinə çağırıldı


Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun 15 yaşlı cinah hücumçusu Kriştianu Ronaldo dos Santos Portuqaliyanın 16 yaşadək futbolçulardan ibarət milli komandasına dəvət alıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Portuqaliya Futbol Federasiyası rəsmi saytında məlumat yayıb.
Məlumata görə, bu, gənc futbolçunun bu yaş qrupunda milli komandaya ilk çağırışıdır.
Beş dəfə “Qızıl top” sahibinin oğlu Federasiya Kubokunda oynayacaq.
Antalyada keçirilən turnirdə Portuqaliya Türkiyə (30 oktyabr), Uels (1 noyabr) və İngiltərənin (4 noyabr) eyni yaş qrupundan olan komandaları ilə qarşılaşacaq.
Seçilən
12
2
yeniavaz.com

3Mənbələr