AZ

Sarkozi həbsxanaya getdi

Modern.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Oktyabrın 21-də səhər Fransanın sabiq Prezidenti Nikola Sarkozi Parisin 14-cü bölgəsində, Senanın sol sahilində yerləşən La Sante həbsxanasına gəlib.

Modern.az xəbər verir ki, Sarkozi Fransanın müharibədən sonrakı tarixində penitensiar müəssisədə saxlanılacaq ilk prezident olub.

Sentyabrın 25-də sabiq dövlət başçısı Liviya kampaniyasının maliyyələşdirilməsi işində “cinayətkar qruplaşmada şəriklik” ittihamı üzrə təqsirli bilinib, lakin dövlət vəsaitlərinin mənimsənilməsini gizlətmək və passiv korrupsiya maddələrində bəraət alıb. Məhkəmə 2007-ci il seçki kampaniyasının qeyri-qanuni maliyyələşdirilməsinə dair heç bir sübut tapmayıB, amma Sarkozini 5 il həbs cəzasına məhkum edib.

Sarkozi “Le Figaro” qəzetinə müsahibəsində özü ilə Aleksandr Düma-atanın ikicildlik “Qraf Monte-Kristo” və Jan-Kristian Petitfisin “İsa: Məsihin həyatı” kitablarını götürəcəyini açıqlayıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
12
4
modern.az

5Mənbələr