ain.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.
Dünyanın 5-ci raketkası, serb Novak Cokoviç ispaniyalı Rafael Nadalla qarşılıqlı münasibətləri haqda danışıb:
“Nadal məndən cəmi bir il böyükdü, üstəlik ikimiz də Əkizlər bürcündənik. Əvvəllər onunla bir neçə də şam yeməyinə də oturmuşuq. Ancaq Nadalla dostluq etmək mümkünsüzdü. Həmişə ona qibtə etmişəm. Nadalla Federerin sayəsində indi olduğum yerə yüksəldim. Bu amil bizi daim birləşdirib, onlara buna görə minnətdaram. Nadal həyatımın bir hissəsidi. Son 15 ildə onu anamdan çox görmüşəm. Heç vaxt dost olmamışıq. Rəqabət apardığınız yerdə bu mümkünsüzdü. Ancaq heç vaxt düşmən də olmamışıq”.
Xatırladaq ki, Nadal karyerasını ötən ilin noyabrında bitirib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.