AZ

Ötən gün dövriyyədən çıxarılan narkotik vasitənin çəkisi məlum olub

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə oktyabrın 20-də ümumi çəkisi 15,9 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.

Bu barədə DİN məlumat yayıb.

Bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 6,9 kiloqrama yaxın heroin, 4,2 kiloqrama yaxın marixuana, 4,8 kiloqrama yaxın metamfetamin, həmçinin 1230 ədəd metadon həbi olub.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

 

Seçilən
29
1
7news.az

2Mənbələr