AZ

Ərdoğan Küveytə getdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 3 günlük Körfəz turu çərçivəsində Küveytə səfər edib. 

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, Ərdoğan həmkarlarının dəvəti ilə Küveyt, Qətər və Omana səfər edəcək. 3 gün davam edəcək Körfəz turunun ilk dayanacağı bu gün Küveyt olacaq.

Türkiyə ilə Körfəz ölkələri arasındakı ikitərəfli münasibətlərin inkişaf etdirilməsi və regional hadisələrin müzakirə olunması nəzərdə tutulur.

Ərdoğan Küveytin paytaxtında Küveyt Əmiri ilə görüşəcək.

Prezident Ərdoğanın Körfəz turunda müdafiə sənayesi, enerji və investisiya sahələrində əməkdaşlığı dərinləşdirəcək yeni addımların atılması hədəflənir. Münasibətlərin inkişafı məqsədilə ikitərəfli anlaşmaların imzalanması da planlaşdırılır

Seçilən
41
operativmm.az

1Mənbələr