AZ

Ümumi təhsil müəssisələrinin rəhbərləri ilə görüşlər keçirilib

Bakı. Trend:

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumitəhsil müəssisələrinin rəhbərləri ilə effektiv kommunikasiyanıntəmin olunmasına dair görüşlər keçirilib.

Trend xəbərverir ki, bu barədə BŞTİ məlumat yayıb.

Bildirilib ki, paytaxtdakı ümumi təhsil məktəblərini əhatə edəngörüşlərdə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin(MÜTDA) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Zenfira Sevdimalı,BŞTİ-nin Ümumi təhsilin təşkili sektorunun müdiri Turanə Məcidli,Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədovvə məktəb direktorları iştirak ediblər.

Məktəb idarəçiliyində effektiv kommunikasiyanın əhəmiyyəti vəvahid informasiya mübadiləsinin təmin olunması mövzusundatəqdimatla çıxış edən Media və ictimaiyyətlə əlaqələr sektorununmüdiri Bəşarət Məmmədov təhsil müəssisələri rəhbərlərininictimaiyyətlə əlaqələr və informasiya mübadiləsi işinə daha həssasyanaşmasının vacibliyindən, məktəb idarəçiliyində effektivkommunikasiyanın əhəmiyyətindən, məktəbin internet resurslarınınidarə olunmasından, sosial media və ictimai platformalardansəmərəli istifadə yollarından və digər vacib məsələlərdən danışıb.Məktəb və müəllim nüfuzunun qorunması baxımından valideynlərləəməkdaşlığa diqqət çəkən sektor müdiri səmərəli məktəb mühitininformalaşdırılmasının əhəmiyyəti haqqında fikirlərini bildirib.

MÜTDA-nın İctimaiyyətlə əlaqələr sektorunun müdiri ZenfiraSevdimalı məktəbin imicinin formalaşdırılmasında kommunikasiyakanallarının düzgün idarə olunmasının əhəmiyyətindən söz açıb.Bildirib ki, məktəbin gündəlik fəaliyyətindəki yeniliklərin,nailiyyətlərin və mühüm hadisələrin operativ şəkildə cəmiyyətəçatdırılması, valideynlərlə və ictimaiyyətlə açıq və şəffafkommunikasiya mühitinin yaradılması həm məktəbin nüfuzununartmasına, həm də təhsil prosesində ictimai dəstəyin güclənməsinəsəbəb olur.

Görüşlərdə məktəb direktorlarını maraqlandıran suallara aydınlıqgətirilib, müvafiq məsələlər ətrafında fikir mübadiləsiaparılıb.

Qeyd edək ki, görüşlərin keçirilməsində əsas məqsədictimaiyyətlə əlaqələr işinin səmərəliliyinin artırılması,kommunikasiya strategiyasının təkmilləşdirilməsi, məktəb-valideynvə media ilə əməkdaşlıq mexanizmlərinin effektivliyiningücləndirilməsindən ibarətdir.

Məqalədə:
Seçilən
46
9
az.trend.az

9Mənbələr